“Maşa və Ayı” dünya tarixində ən çox baxılan cizgi filmi olub

Məşhur rus uşaq cizgi filmi “Maşa və Ayı”nın yeni seriyası “Maşa plyus kaşa”ya Youtube video saytında 4 milyard dəfədən çox baxılıb. Bu haqda “RİA – Novost” saytı cizgi filmin yaradıcılarına istinadən xəbər yayıb.

“Maşa və Ayı” cizgi filminin haqqında bəhs olunan seriyası YouTubedə bu platformanın bütün tarixi boyu ən çox baxılan on video arasında dördüncü yerə çıxıb.

Bundan əlavə “Maşa plyus kaşa” epizodu 2019-cu ildə Ginnesin rekordlar kitabina da düşüb. O kitaba tarixdə ən çox baxılan cizgi filmi kimi düşüb.

Qeyd edək ki, “Maşa və Ayı” cizgi filminin müxtəlif seriyaları YouTubedə ümumən 50 milyard dəfədən çox izlənilib.