NATO qırıcıları Baltik dənizinin üstüylə uçan rus müdafiə nazirinin təyyarəsini əhatəyə alıb

NATO təyyarəsi Rusiya Müdafiə Nazirinin təyyarəsinə yaxınlaşır.

Baltik Dənizinin üzərində Rusiya Müdafiə Naziri Serqey Şoyqunu aparan özəl təyyarəyə NATO-ya məxsus SU-27 döyüş təyyarələri yaxınlaşıb. Rus döyüş təyyarələri araya girməklə NATO qırıcıları uzaqlaşdırılıb.

Hadisə Müdafiə Naziri Kalininqrad şəhərinə getdiyi vaxt baş verib və hadisənin görüntüləri Rusiya Dövlət Televiziyası Russia-24-də göstərilib.

Xatırladaq ki, uzun müddətdir Avropa Birliyi NATO üzvi olan Baltik ölkələri Latviya, Litva və Estoniyaya qonşuları Rusiyanın aqressiv siyasətinə görə narahatlıq keçirir.

Rusiyanın Kalininqrad əyalətinə İskəndər tipli raketləri yerləşdirməsini özləri üçün ciddi təhdid kimi görən Baltik ölkələri NATO-nun regionda varlığını artırmasını istəyir.

Moskvanın Ukrayna və Moldova kimi ölkələrdə qarışıqlıq yaratmaq üçün rus etnik azlığından istifadə etməsi Baltik ölkələrini də narahat edir. Çünki, Latviya və Estoniya əhalisinin dörddə birinə qədəri, Litva əhalisininisə altı faizi ruslardan ibarətdir.