Neft Fondu 19 il ərzində neft satışından gələn gəlirin miqdarını açıqlayıb

2001-ci ildən bu günə qədər ADNF-a “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft hasilatından və satışından 143,37 mlrd. dollar daxil olub.

Bu barədə Dövlət Neft Fondunun 8 avqust tarixli açıqlamasında deyilir. Cari il ərzində Fonda 5,16 mlrd. dollar daxil olub.

Bu il “Şahdəniz” yatağından kondensat satışından əldə olunmuş gəlir 209 mln. dollar təşkil edib, 2007-ci ildən bu günə qədər isə bu yataqdan qaz satışından Fonda 2,7 mlrd. dollar daxil olub.

Hazırda Azərbaycan Dövlət Neft Fondunun vəsaitinin ümumi həcmi 42,46 mlrd. dollar təşkil edir.

Fondun saytında dərc olunmuş hesabata əsasən, 2001-2018-ci illərdə Fonda daxil olan vəsaitin 74%-i xərclənib, qalan 26% və ya 38,5 mlrd. dollar isə yığıma yönəldilib.