Paşinyan Xankəndində Ümumerməni Yay İdman Oyunlarının açılışında iştirak edir

Nikol Paşinyan Xankəndində Qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri Bako Saakyanla görüşür.

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa gəlib. O, burada 7-ci Ümumerməni Yay Oyunlarının açılış mərasimində iştirak edəcək.

O, bu gün Xankəndində olub və Qondarma Dağlıq Qarabağ Respublikasının başçısı Bako Saakyan onu qarşılayıb.

Bu haqda Ermənistan məlumatı verir. Nikol Paşinyanın Dağlıq Qarabağdakı ermənilərin qarşısında çıxışı avqustun 5-i axşam saat 19:00-da Xankəndinin mərkəzi meydanında baş tutacaq.

Paşinyanla Bako Saakyan arasında ilk görüş isə iyunun əvvəllərində İrəvanda baş tutmuşdu.