Qəzada həyatını itirmiş pilot II Fəxri xiyabanda dəfn olunub [Fotosessiya]

Qəzada həlak olmuş pilot Rəşad Atakişiyevin dəfni.

Gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev ilə avqustun 21-də vida mərasimi keçirilir.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan vida mərasimində iştirak edən Müdafiə Nazirliyinin rəhbərliyi pilotun valideynlərinə və yaxınlarına başsağlığı verib.

Rəşad Atakişiyevin nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

Rəşad Atakişiyev 1984-cü ilin yanvarın 7-də doğulub. O, Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayaraq, Xəzər dənizinə düşüb.

Bir neçə günlük axtarışlardan sonra öncə təyyarənin qalıqları və “qara qutu”su tapılıb.

Dünən isə pilot Rəşad Atakişiyevin nəşi sudan çıxarılıb.