Rusiya Gürcüstanda yeni işğal növü “Borderizasiya”nı sınaqdan keçirir

Gürcüstan Rusiya ilə 2008-ci ildə yaşadığı qısamüddətli müharibənin ardından hələ də rusların işğalı, “Borderizasiya” davam edir.

Belə ki, Ququtiantkari kəndində 2008-ci ildə rus bombalarından dağıdılmış evlər indi də işğaldan 11 il sonra rusların tikanlı məftilləri irəli çəkməsi ilə zəbt olunub. Bu haqda “Gruziya Onlayn” xəbər agentliyi məlumat verir.

Keçən bir həftə boyu rus hərbçiləri 9 evi və torpaq sahəsini heç bir müqavimət görmədən zəbt ediblər və indi kənd sakinləri öz evləri və dolanışıq mənbəyi olan torpaq sahələrini itiriblər.

Rusların irəliyə doğru çəkdiyi tikanlı məftillərin ardında qalan evlərdən biri Ququtişvili ailəsinə aiddir. Kənddə heç kim bilmir ki, rus işğalı hara qədər davam edəcək, amma Ququtiantkari kəndlilərinin əsas əkin sahələri ruslar tərəfindən ələ keçirilib.

Evi və torpaq sahəsi ruslar tərəfindən ələ keçirilən daha bir ailə isə Bidzinaşvili ailəsidir. Tina Bidzinaşvili Mereti məktəbinin əməkdar müəllimidir, onun ərini üç il əvvəl rus işğalçıları oğurlayıb və beş gün Çxinvali təcridxanasında saxlayıb. İndi o çətinliklə danışır və bir səhər yuxudan oyanıb ki, ruslar onun çəpərini söküb aparırlar.

Rus işğalçıları Ququtiantkari kəndində avqustun 7-də peyda olublar. Onlar burda keşikçi qüllələri tikiblər və bu qüllələri get-gedə daha da irəli doğru çəkirlər.

Kənd camaatı avtomatlı əsgərlərdən qorxur və buna görə də mediaya açıq danımağa qorxurlar.