Rusiyada siyasi təqiblərə məruz qalanlara Ukrayna vətəndaşlığı veriləcək

Ukraynanın prezidenti Vladimir Zelenski Ukrayna vətəndaşlığı almaq istəyən insanların əhatəsini genişləndirməklə bağlı fərman imzalayıb.

Bu barədə ‘İnterfaks’ agentliyi xəbər yayıb. Açıqlamada deyilir ki, Rusiyada siyasi təqiblərə məruz qalanlara Ukraynada xüsusi köməklik göstəriləcək.

Yeni fərmana görə, vətəndaşlığı olmayan xaricilərdən və vətəndaşlığı olmayanlardan əlavə Rusiyada siyasi təqiblərə qalanlara da Ukrayna vətəndaşlığı verilə biləcək.

Fərman Ukrayna prezidentinin saytında dərc olunub.