Sərhəd Xidmətinin bir qrup yüksək vəzifəli hərbiçisinin rütbələri yüksəldilib

Dövlət başçısı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Məlumata görə, general-mayorlar Abbas Xəlilov və Ehram Hacıyev general-leytenant olub. Polkovnik Ramin Bağırov isə general-mayor olub.

Birinci dərəcəli kapitan Abbas Qiyasov və Ziyad Ağayevə kontr-admiral rütbəsi verilib.

Dövlət başçısı həmçinin DSX-nin bir qrup hərbi və mülki işçisinə fəxri adların və dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin sərəncamları sərhədçilərin avqustun 18-də qeyd olunan peşə bayramına həsr olunub.

1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti dövlət sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Bu il ölkənin sərhəd qoşunları yüz illiyini qeyd edir.