Sudanın yeni rəhbəri Hamduk: “Ədalətli, hüquqi və korrupsiyasız dövlət quracağıq”

Bir müddət öncə  Sudanın keçid höküməti qurulduqdan sonra avqustun 21-i keçid hökümətinə rəhbər seçilib.

Bu, BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının rəhbəri Abdulla Hamdukdur. O, Mançester Universitetinin İqtisadiyyat üzrə elmlər doktorudur.

Hamduk avqustun 21-i and içəndən sonra üç illik bu vəzifədə qalacağını deyib. O, iqtisadi böhranla mübarizə edəcəyini və ölkədə sülhü bərpa edəcəyini bəyan edib.

Hamduk həmçinin demokratik islahatlar üçün ilk addımlarını da atacağını dilə gətirib. O, çıxışında deyib ki, ilk növbədə ədalətli, hüquqi və korrupsiyasız dövlət qurmağa çalışacaq ki, xarici siyasətdə də mötədil və mehriban olsun.

1993-cü ildən bəri Sudanı idarə edən diktator Ömər Əl-Bəşir bu il başlayan kütləvi mitinqlərlə devrilmiş, onun ardıyca höküməti 11 nəfərlik hərbi və mülki şura idarə etməyə başlamışdı.