Yarım ildə yol qəzalarında 342 nəfər həlak olub

Arxiv

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda yol-nəqliyyat qəzalarında 342 nəfər həlak olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu müddətdə 833 qəza baş verib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2% çoxdur.

Açıqlamada deyilir ki, zərər çəkən şəxslərin sayı 1,2% artaraq 1087 nəfərə çatıb. Zərərçəkənlərdən 342-i həlak olub, 745-i bədən xəsarəti alıb.

Yol-nəqliyyat hadisələrinin 89,7% yaşayış məntəqələrində qeydə alınıb. Həlak olanların 81%-ni, yaralananların isə 73,4%-ni kişilər təşkil edib.

Avtomobilin sərxoş vəziyyətdə idarə olunması səbəbindən 4 nəfər ölüb, 9 nəfər yaralanıb.