ABŞ Səudiyyə neft zavodlarına hücumda İranı ittiham edir

ABŞ-ın Xarici İşlər Naziri Mayk Pompeo.

Səudiyyə Ərəbistanı dövlətinin neft şirkəti olan Səudi Aramconun iki zavoduna sentyabrın 14-ü olan hücumlardan sonra, insidentlə bağlı ABŞ-dan açıqlama gəlib. ABŞ Xarici İşlər Naziri Mayk Pomeyo sosial şəbəkədəki hesabından yaydığı bəyanatında deyib ki, təşkil olunmuş hücumun arxasında İran dayanır. Pompeo, “İran prezideni Həsən Ruhani və XİN başçısı Cavad Zərif bir yandan özlərini diplomatiya ilə məşğul olurmuş kimi göstərərkən, digər yandan Səudiyyə Ərəbistanına qarşı 100-ə yaxın hücumun arxasında İran dayanır”.

ABŞ Xarici İşlər Naziri, “Gərginliyin sakitləşməsi üçün edilən bütün çağırışlara baxmayaraq İran yenə də dünyanın enerji tədarükünə bənzərsiz hücumları davam etdirir. Çünki, hücumların Yəməndən gəldiyinə aid heç bir sübut yoxdur”.

Pompeo bütün ölkələrdən İranı açıqca qınamasını istərkən, enerji bazarlarının ehtiyacının yaxşı təmin olunması üçün İranın bu hücumlardan cavabdeh olmasına çalışmaq, bu sahədə ABŞ-ın müttəfiqləriylə əməkdaşlıq etmək gərəkdiyini vurğulayıb.

Rəsmi Tehran ABŞ-ın itthamlarını rədd edib. Digər yandan Yəməndə Səudiyyə Ərəbistanın öndərliyini etdiyi koalisiya ilə mübarizə aparan şiə azlığın təşkilatı olan husilər 10 pilotsuz uçuş aparatı ilə Səudiyyənin neft obyektlərinə olan hücumu öz üzərinə götürüb. Bunu Səudiyyənin Yəməndə sivil xalqı bombalamasına “layiqli cavab” adlandırıblar.

İordaniyada fəaliyyət göstərən “Əl-Ərəbiyyə” telekanalı isə Səudiyyənin ən böyük neftayırma zavodlarına olan hücumun neft istehsalında ciddi axsamalara gətirib çıxara biləcəyini xəbər verib. Belə ki, Səudi Aramco şirkəti hücumların gündəlik 5,7 milyon barel neft itkisinə səbəb olacağını açıqlayıb. Ekspertlər bu vəziyyətin keçici olduğunu və tezliklər neft bazarındakı ehtiyacların ödənəcəyini deyib.