Ali Məhkəmə Azadlıq Radiosu və Meydan TV-yə qoyulmuş bloku ləğv edib

Sentyabrın 10-da Ali Məhkəmədə  “Azadlıq” qəzeti, “Azadlıq Radiosu”, “Azərbaycan Saatı” proqramı, “Turan” TV və “Meydan” TV-nin saytlarına blok qoyulmasını nəzərdə tutan qərarla bağlı verilən kassasiya şikayətinə baxılıb.

Hakim Ələsgər Əliyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilmiş qərara əsasən, saytlara blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında 2017-ci il mayında “Azadlıq” qəzeti, “Azadlıq Radiosu”, “Azərbaycan Saatı” proqramı, “Turan” TV və “Meydan” TV-nin saytının bloklanması barədə qərar çıxarıb.

Bakı Apelyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarından isə Ali Məhkəməyə kassasiya şikayəti verilmişdi.