Almaniyada ilin əvvəlindən bəri qaçqınlara 600-dən çox hücum olub

Almaniyada 2019-cu ilin ilk altı ayın da qaçqınlara qarşı 600-dən çox hücum qeydə alınıb. Bu haqda “Neue Osnabrücker Zeitung” qəzeti bundestaqdakı solçu partiyanın hesabatına istinadən xəbər verib.

Xəbərdə deyilir ki, qaçqınlara hücum müxtəlif cürə olub, buraya təhqir və nifrət ifadələrində tutmuş, mühacirlərin yaşadığı yataqxananın yandırılması və fiziki xəsarətlər də aiddir. Ümumilikdə hücumlar nəticəsində 102 nəfər, həmçinin yeddi uşaq xəsarət alıb. Polis hadisələrin hamısını siyasi motivli hadisələr adlandırıb. Hadisələri əsasən sağ təmayüllü siyasi baxışları olan təşkilatların üzvləri törədib. Belə təşkilatların üzvləri ilin əvvəllindən indiyədək qaçqınların yaşadığı yataqxanalara 60-a qədər hücum edib.

Qaçqınlara qarşı cinayətlər daha çox Brandenburq federal torpağında baş verib. Burda bir ildə 160 belə cinayət törədilib. İkinci yerdə isə Baden-Vürtemberq (62) ardıyca Aşağı Saksoniya (58) və üçüncü yerdə Saksoniya (58) dayanır.