Azərbaycan nefti dünya bazarında ucuzlaşmağa davam edir

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 2,4 ABŞ dolları və yaxud 3,38% azalıb.

Belə ki, dünya birjalarında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,70 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.