“Bu kitab əclaflar barədə deyil, onları yetişdirən sistem barədədir”

Sentyabrın 7-də yazıçı-hüquqşunas İntiqam Əliyevin “Əclafın ölümü” ikinci ədəbi kitabının təqdimatı keçirilib.

Kitab avtoritar idarəçilik şəraitində cəmiyyətdə baş verən deqradasiya, ikiləşmə prosesləri barədədir.

Əsər dünyasını dəyişmiş vəkil və ictimai xadim Elton Quliyevin xatirəsinə həsr olunub.

İştirakçılar kitab haqqında fikirlərini bölüşüblər.

Təqdimatda ucqar rayonlarda yaşayan məktəblilər üçün məktəb ləvazimatlarının toplanışı həyata keçirilib.

Sonda iştirakçılar müəlliflə birgə “Bəlkə də” mahnısını səsləndiriblər.