Deputat 300 min borc alıb, əvəzində vəsiqəsini girov qoyubmuş

Millə Məclisin deputatı Rəfael Cəbrayılov.

Milli Məclisin üzvü Rafael Cəbrayılovun 300 min dollar borc götürüb, vaxtında qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisi deputat vəsiqəsinin əslini girov qoyduğu bildirilir.

Bu haqda ‘Report’ məlumat yayıb. Məlumata görə, deputat ev tikmək üçün 300 min ABŞ dolları məbləğində borcu notariat qaydasında 2015-ci il sentyabrın 9-da təsdiq edib.

Məlumata görə, ona borc verən şəxs Fətəliyeva Təranə Rasim qızı ilə deputat ailəvi yaxın münasibətlərdə olub.

Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.