Elektron siqaret dünyada ağciyər xəstəliklərini artırır

ABŞ-da elektron siqaret istifadə edənlərdə rast gəlinən ağciyər xəstəlikləri çoxalır. Bu haqda Amerika Xəstəliklərə Nəzarət və Qoruma Mərkəzi (CDC) hesabat açıqlayıb. 

Məlumata görə, ABŞ-da elektron siqaretdən ağciyər xəstəliklərinə tutulanların sayı 530-a çatıb. Bu xəstələrin yeddisi dünyasını dəyişərkən digərlərinin halı kritik və ortadır.

CDC təşkilatının məlumatına görə, həmçinin elektron siqaret istifadəsindən sonra xəstələnənlərin yarısı yaşı 25-dən az olanlar, 16 faizi isə yaşı 18-dən az olanlardır. Ağciyər xəstəliklərinə tutulanların 75 faizi kişi, qalanı isə qadınlardır.

Ağciyər xəstəliklərinə tutulanların çoxunun çətənə bitkisində olan və qaçaqmalçılıq yolu ilə yayılan tetrahidokannabinol (THC) adlı maddənin elektron siqaretlərdə istifadə olunması nəticəsində zəhərləndiyini təxmin edilir.

ABŞ-dakı xəstəxanalar elekton siqaret istifadə edənlərin arasında ağciyər xəstəliklərinin artmasını ilk dəfə bu ilin iyun ayında ortaya çıxarıblar.

Xəstəliyə tutulanlarda nəfəs alma çətinliyi, sinə ağrısı kimi simptomlar görünür. Xəstələrin çoxu süni yollarla nəfəs alırlar və xəstəlikdən əziyyət çəkən gənclər hələ də komada qalırlar.

ABŞ höküməti aromatik elektron siqaretlərin ölkə boyunca satışını və istifadəsini qadağan edib. İçində şirin və mentollu maddələr olan elektron siqaretlər bundan öncə amerikalı gənclər arasında geniş yayılmışdı.

Elektron siqaret istehsal edən şirkətlər onların adi siqaretlə müqayisədə sağlamlığa zərərinin daha az olduğunu bəyan edərkən, Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlərin də başqa siqaretlər qədər təhlükəli olduğunu xəbərdarlıq edir. ÜST buna görə başqa elektron siqaretlərə qarşı qanunlar qəbul edilməsini istəyir.