Gürcüstanda azərbaycan dilli məktəblərinin sayı açıqlanıb

Gürcüstanda tədrisi Azərbaycan dillində aparılan məktəblərin ümumi sayı 120 təşkil edir.

Bu haqda Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu məktəblərdən 80-i Azərbaycandillidir. Yerdə qalan 40 məktəbdə isə Azərbaycan bölməsi fəaliyyət göstərir.

İllik müqayisədə Gürcüstanın ictimai məktəblərində Azərbaycan bölmələrinin sayı artıb. Belə ki, Mərkəzin ötən il təqdim etdiyi məlumata görə Azərbaycan bölmələrinin sayı 38 təşkil edib.