Gürcüstanda müəllimlərin maaşları artırılıb: 1000-1700 lari alacaqlar

Gürcüstanda yeni dərs ilindən etibarən müəllimlərin maaşları artırılacaq. Bunu təhsil, elm, mədəniyyət və idman naziri Mixail Batiaşvili Gürcüstanın bölgələrindən olan müəllimlərlə görüşü zamanı açıqlayıb.

Təhsil naziri baş nazirlə birlikdə müəllimləri təhsil islahatlarının gedişatı ilə maraqlanıb.

Batiaşvili bildirib ki, 2019-cu il oktyabr ayının əvvəlindən etibarən statusa malik və minimum 15 dərs saatı olan bütün müəllimlərin maaşı əlavə 150 lari artacaq.

Gürcüstanda məktəb müəllimləri dörd kateqoriyaya bölünür: praktikant müəllimlər birinci dərəcəli, baş müəllimlər ikinci dərəcəli, aparıcı müəllimlər üçüncü, mentor müəllimlər isə dördüncü dərəcəli hesab olunur.

Hökumət vəd verib: 2020-də 2400 lari əməkhaqqı

Yeni tədris ilindən etibarən baş müəllimlər 1011 lari (təxminən 348 dollar), aparıcı müəllimlər 1435 lari (təxminən 495 dollar), mentor müəllimlər isə 1745 lari (təxminən 600 dollar) maaş alacaqlar.

“Dərs saatları daha çox olduğu təqdirdə isə daha artıq maaş alacaqlar” – deyə Batiaşvili qeyd edib.

15 saatdan az dərsi olan müəllimlərin əmək haqqı orta hesabla yüz lari artacaqdır.

2019-cu ilin payızından etibarən ölkənin təhsil sistemində yüksək statuslu müəllimlərin sayı 33 minə çatacaq.

Məktəblərin təhlükəsizliyinə məsul olanların da maaşı artırılıb

Təhsil Nazirliyi müəllimlərin maaş artımı tendensiyasının davam edəcəyini və 2022-ci ilə qədər baş müəllimlərin 1700 lari, aparıcı müəllimlərin 2135 lari, mentor müəllimlərin isə 2445 lari əmək haqqı alacağını vəd edir.

1 oktyabr 2019-cu il tarixindən etibarən dövlət məktəblərində inzibati və texniki heyətin, məktəb həkimləri və inklüziv təhsildə çalışan mütəxəssislərin də maaşları orta hesabla 20% artacaq.

Məktəblərin təhlükəsizliyindən məsul olanlar da maaşlarını artımla alacaqlar. Onların maaşlarına 125 lari əlavə olunacaq.

Yeni tədris ilindən etibarən ölkənin təhsil resurs mərkəzləri işçilərinin də maaşları artırılacaq.

Təqaüdə çıxanlara böyük məbləğdə mükafatlar

Resurs mərkəzi rəhbərinin maaşı 250 lari artacaq və 1450 lariyə çatacaqdır. Əməkdaşlara gəldikdə isə, ikinci dərəcəli baş mütəxəssisin maaşı 200 lari artacaq və 1000 lari olacaqdır.

Üçüncü dərəcəli baş mütəxəssisin məvacibi 150 lari artacaq və 950 lari təşkil edəcək. Birinci dərəcəli kiçik mütəxəssisin maaşı 150 lari artacaq və 850 lari təşkil edəcək.

Peşələrindən ayrılmaq üzrə olan, təqaüd yaşına çatmış praktikant müəllimlərə pul mükafatlarının verilməsi üçün məktəblərə əlavə maliyyə ayrılacaq.

“XXI əsrdə belə bir yanaşma ilə ölkə heç bir uğur qazana bilməz”

Gürcüstanda təqribən 6 min təqaüd yaşına çatmış praktikant müəllim “minimum bacarıqların” təsdiqlənməsi üçün məcburi imtahan verməkdən imtina edərək, əvəzində işdən ayrılıb, böyük məbləğdə pul mükafatı almağı üstün tutub.

Xüsusi tədrisə ehtiyacı olan 1-6-cı sinif şagirdlərinin təhsil almasına yardım məqsədilə məktəblərə aylıq 600 lari məbləğində maliyə ayrılacaq.

Gürcüstanın baş naziri M.Baxtadze çıxışında onu da vurğulayıb ki, müəllimlərin əmək haqqı məsələsi ən ağrılı problemlərdən biridir.

“Əmək haqqı məsələsi ən ağrılı problemlərdən biri idi. Bundan başqa, Gürcüstanda müəllimin maaşının orta əmək haqqından iki dəfə aşağı olması şəxsən mənim üçün emosional olaraq, çox ağır bir yük idi. Təbii ki, XXI əsrdə belə bir siyasət və yanaşma ilə ölkə heç bir uğur qazana bilməz. Buna görə də köklü dəyişikliklərə ehtiyacımız var və deməliyəm ki, mən cəmiyyətimizdə bu tələbin olduğunu hiss edirəm”-  Baxtadze bildirib.

Təhsil sistemində islahatlar beş istiqamətdə aparılır – bu, məktəbəqədər təhsil, orta təhsil, peşə təhsili, ali təhsil və elm sahələrini əhatə edir.

“Biz yaxşı bilirik ki, istənilən təhsil islahatının uğuru orta təhsilə əsaslanır. İslahatda nəzərdə tutulmuş bu yeni yanaşmalarda müəllim ən vacib rollardan birini oynayır. Məhz buna görə bu yöndə atılan ilk addımlardan biri müəllimlərlə əlaqəlidir. İslahatımız həm məktəblər, həm də müəllimlər üçün daha çox sərbəstlik nəzərdə tutur” Baxtadze deyib.

Gürcüstan təhsil sistemində dörd il davam edəcək və təhsil sahəsində ölkəni regionda liderə çevirməyi hədəfləyən genişmiqyaslı islahat keçirilir.