İnqilabla diktatoru yola salan Tunis demokratik seçilər keçirir

Azərbaycanın hökümətyönümlü mətbuatının mütəmadi təbliğ etdiyi “İnqilab ən pis çıxış yoludur, çünki inqilab olan ölkələr darmadağın olur” fikrinin əksini sübut edən ölkələrdən biri “Ərəb baharı” yaşamış və Zeynəlabidin Ben Əlinin 23 illik diktatorluğundan qurtulmuş Tunisi misal göstərə bilərik.

2011-ci ildə başlanılmış xalq etirazından sonra keçmiş diktator Zeynalabidin Ben Əlinin ölkədən Səudiyyə Ərəbistanına qaçmasıyla ölkə yeni konstitusiya və yeni parlament qazanıb. Yeni yaranmış hökümət ölkədən təkpartiyalı sistemi ləğv edib. Yeni parlament seçkilərində 217 yerdən 89-unu mötədil islam partiyası olan “Dirçəliş Partiyası” qazanıb. Qalan 29 yeri Respublika Uğrunda Konqress, 26 yeri isə Ədalət və İnkişaf partiyası qazanıb.

2014-cü ildə ölkədə yeni parlament seçkiləri keçirilib və yerlərin çoxunu yenə də dünyəvi partiya olan “Nidaa Tunis” qazanıb. Elə həmin il keçirilən seçkilərdə prezident postunu da “Nidaa Tunis” partiyasından olan El-Beci Kaid es-Sibsi qazanıb. Onun höküməti ölkədə çoxarvadlılığı, internet senzurasını, monopoliyanı ləğv edib.

Dünən Tunis yenidən prezident seçkiləri keçirib. Ölkədə iqtisadi və sosial problemlər davam etsə də, seçkilər demokratiya və ictimai azadlıqlar fonunda keçirilir.

Tunisin demokratik yolla seçilmiş ilk prezidenti 92 yaşlı es-Sibsinin sentyabrda vəfatından sonra keçiriləcək seçkilərdə 26 namizəd prezident olmaq uğrunda mübarizə aparmaq istəyirdi. Onlardan ikisi son anda namizədliklərini geriyə çəkərək güclü namizədlərdən biri Müdafiə Naziri Əbdülkərim Zubeydiyə dəstək verdilər. Tunisdə səs vermə hüququ olan 7 milyon insan gələn ay seçilərə gedəcək.

Tunis parlamentində ən güclü partiyalardan olan Əl-Nahda da bu il ilk dəfə olaraq seçkilərdə öz namizədini irəli sürəcək. Bu Parlamentin vitse-spikeri Əbdülfəttah Morodur. Morodan başqa seçkilərdə ən populyar namizədlər baş nazir Yusif Şahid, müdafiə naziri Əbdülkərim Zubeydi və jurnalsit və media patronu Nəbil Əl Karvi də var.

“Ərəb Baharından” sonra demokratiyanın ən parlaq nümunəsinin qurulduğu Tunisdə seçki sentyabrın 15-i keçirilsə də, seçkilin nəticələri sentyabrın 17-si açıqlanacaq.