Müsavat başqanlığına üç iddiallı var: Arif Hacılı hələ namizədliyini irəli sürməyib

Müsavat Partiyasının başqanı vəzifəsinə partiyanın Divan üzvü Başxanım Abbasova da namizədliyini irəli sürüb.

B.Abbasova başqanlığa iddialı üçüncü namizəd oldu. Bu haqda Müsavat partiyasının mətbuat xidmətindən məlumat yayılıb.

Müsavat başqanını müəyyənləşdirəcək seçkilər oktyabrın 12-də partiyanın IX qurultayında keçiriləcək.

İki keçmiş siyasi məhbus – Tofiq YaqubluYadigar Sadıqov da Müsavat başqanı vəzifəsinə namizədliyini irəli sürüb.

Müsavatın hazırki sədri Arif Hacılı namizədlərin irəli sürülməsi prosesi rəsmi olaraq başladıqdan sonra öz qərarını elan edəcəyini bildirib.

O, nizamnaməyə əsasən ikinci müddət üçün Müsavat başqanı vəzifəsinə namizədliyini irəli sürmək hüququna malik olduğunu bildirib.