Nazarbayevin qızı yenidən Qazaxıstan parlamentinin spikeri seçilib

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı, Dariqa Nazarbayeva yenidən ölkə parlamentinin spikeri vəzifəsinə seçilib. Dariqa Nazarbayevanın namizədliyi  əksər senatorlar tərəfindən dəstəklənib.

56 yaşlı Nazarbayeva bundan öncə 2019-cu ilin martından da Qazaxıstan parlamentinin spikeri vəzifəsində çalışırdı. Bundan öncə isə o parlamentin beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik məsələləri kimi komitələrinin rəhbəri olub. Esk-prezidentin qızı hətta ötən illərdə baş nazirin müavini və vitse-spiker kimi də çalışıb. O Nazarbayevin partiyası olan “Nur Otan”ın da parlament fraksiyasının rəhbəridir.