Qarabağda daha bir erməni əsgəri həlak olub

Ermənistan ordusunun hərbçisi sentyabrın 28-də Dağlıq Qarabağda ölümcül güllə yarası alıb və həlak olub. Bu haqda Sputnik Radiosunun erməni xidməti məlumat yayıb.

Məlumatda deyilir ki,  əsgər Arman Levonyan (1999-cu il) hələlik müəyyən olunmamış səbəblərdən ölü tapılıb.

Onun intihar etdiyi ehtimal olunur. Faktla bağlı Ermənistan Hərbi Prokurorluğu araşdırmaya başlayıb.