Son beş il yaxın tariximizin ən isti ili olub

Son beş ildə atmosferdə parnik qazlarının həcmi və dünya üzrə ümumi temperatur rekord həddə yüksəlib.

Bu barədə bu günlərdə Nyu-Yorkda 64 ölkənin rəhbərinin iştirak etdiyi iqlim sammitində Beynəlxalq Meteorologiya Təşkilatının rəsmisi bəyan edib.

Bu haqda “Euronews” xəbər agentliyi məlumat yayıb.

Təşkilatın 22 sentyabrda yaydığı hesabata görə 2015-ci ildən 2019-cu ilə qədər temperaturanın müşahidə edilməsi nəticəsində məlum olub ki, son beş il yaxın illərin ən isti dövrü olub.

Hesabatda deyilir ki, dünyada qlobal temperatura 2011-2015-ci illə müqaisədə 1,1 dərəcə selsi yüksəlib.

Beynəlxalq Meteorologiya Təşkilatı həmçinin iqlim dəyişikliyinin yan təsirlərinə də diqqət çəkib. Belə ki, son beş ildə okean və dənizlərin səviyyəsi də yüksəlib, qütblərdəki buz ehtiyatları əriyib və ekstermal hava şəraiti bütün dünyada adi hala çevrilib.