“Spiderman” filminin üçüncü seriyası çəkiləcək: Sony və Disney razılaşıb

"Spiderman" filminin Nyu-Yorkda premyerası.

Disney və Sony şirkətlərinin “Spiderman” filmi üzərindəki mübahisələri axır ki sona çatıb. İki şirkətin birgə yaydığı bəyanata görə “Spiderman”, Marvel Kino Dünyası (MCU) şirkətinin bir parçası olacaq. 

Beləliklə bu yaxınlarda “Spiderman: Homecoming” filmləri içində üçüncü film də çəkiləcək. Marvel studiyalarının rəhbəri Kevin Feige deyib ki, filmin çəkilişi üçün hazırlıqlar axır ki, başlanıb. Yeni “Spiderman” da baş rolu məşhur aktyor Tom Holland oynayacaq.

Qeyd edək ki, keçən aylarda “Spiderman” film brendinin Marvel studiaları ilə əməkdaşlığını kəsəcəyi bildirilmişdi. Çünki, “Spiderman” brendi ilə Marvel arasında müqavilə sonra çatmışdı. Aradan keçən bir ay ərzində Sony və Disney şirkətləri yenidən “Spiderman” brendi ilə müqavilə bağlayıb. Xəbərə görə Disney “Spiderman” filminin yeni seriyasından kassa yığımlarının 25 faizini alacaq.