Vəkil: “Koçaryan hakimiyyətin məhkəməyə təzyiqi ili həbsdə saxlanılır”

Ermənistanın eks-prezidenti Robert Koçaryan məhkəmə zamanı.

Bu gün, sentyabrın 17-si Yerəvan şəhər məhkəməsi, hakim Anna Danibekyanın sədrliyi ilə eks prezident Robert Koçaryanın ev dustaqlığına buraxıması məsələsinə baxıb. Məhkəmə Koçaryanı ev dustaqlığına buraxmamaq qərarını qüvvədə saxlayıb və Koçaryan həbsdə qalıb.

Koçaryanın vəkili Hayk Alumyan deyib ki, keçmiş prezidentin məhkəmə tərəfindən həbsdə saxlanılması qərarı bu ərəfədə Ermənistan hökümətinin məhkəmələrə etdiyi təzyiqlə bağlıdır.

Bu yaxınlarda parlamentdəki iqtidaryönümlü “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunç demişdi ki, onların bloku Konstitusiya məhkəməsinin hakimi Hrayir Tovmasyanın vəzifəsindən uzaqlaşdırılması məsələsini qaldıracaq.

Vəkil həmçinin deyib ki, məhkəməyə və şəxsən hakim Anna Danibekyanın özünə hakimiyyət tərəfindən aydınca mesaj göndərilib ki, Koçaryanla bağlı hər hansı yeni qərar verilməsin.

Vəkilin sözlərinə görə hakimiyyətin Koçaryanın işində məhkəmələrə müraciəti ilk dəfə deyil.

“Bu dəfə hakimiyyətin müdaxiləsi daha kobud olub. İnanmıram ki, vəkil bu ağır təzyiqi öz üzərində hiss etməsin. Bu təzyiq məhkəmənin işinə təsir edir”, – deyə Alumyan bildirib.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan 1 mart 2008-ci ildə dinc şəkildə etiraz aksiyalarını dağıtdıraraq Konstitusiyon quruluşu zorla dağıtmaq ittihamı ilə mühakimə olunur. Keçmiş prezident 2018-ci ildə iki dəfə həbs olunub. Bu il iyul ayının 25-də isə o üçüncü dəfə həbsə göndərilib.