Zamira Hacıyevanın dəbdəbəli alış-veriş siyahısı: 16 milyon sterlinq

Həbsdə olan Beynəlxalq Bankın keçmi prezidenti Cahangir Hacıyevin İngiltərədə yaşayan həyat yoldaşı Zamira Hacıyevanın London məhkəməsi tərəfindən dəbdəbəli həyatını göstərən alış-veriş siyahısı yayılıb.

Bu haqda sentybrın 8-də məhkəmə sənədlərinə istinadən ingilis “Easton Caller” qəzeti məqalə dərc edib.

Məqalədə deyilir ki, məhkəmə sənədlərinə görə 55 yaşlı Zamirə Hacıyeva 2006-2016-cı illər arasında təkcə məşhur ‘Harrolds’ hərracında daş-qaş və dəbdəbəli bəzək əşyalarına 16 milyon funt-sterlinq xərcləyib.

Zamira Hacıyeva həm də ‘Harrolds’ mağazasından bir neçə km uzaqlıqdakı Kinqsbirc adlanan binada qiyməti 11,5 milyon funt-sterlinq olan evdə yaşayıb.

London məhkəməsinin sənədlərinə görə, o da məlum olub ki, Zamira Hacıyeva 10 illik zənginliyi ərəfəsində “Boucheron” zərgərlik şirkətindən 4 milyon funt-sterlinq  dəyərində zinət əşyaları da alıb.

Bundan başqa o 1 milyon funt-sterlinq uşaq oyuncaqlarına, 1,75 milyon funt-sterlinq ‘Cartier’ şirkətinin zinət əşyalarına, 30 min funt-sterlinq isə Belçika şokolad şirkəti olan ‘Godiva’nın şokoladlarına xərcləyib.

Sənədlər həmçinin göstərir ki, eks-bankirin arvadı təkcə bir gündə ‘Harrolds’ hərracında 600.000 funt xərcləyib. O, hədiyyə kartlarına isə 3 milyon funt-sterlinq xərcləyib.

Xatırlatma

Zamira Hacıyevanın bundan öncə sakit bir həyatı olub, ancaq İngiltərə höküməti korrupsiya ilə mübarizə üçün qanun qəbul etdikdən sonra 57 yaşlı azərbaycanlı bankir Cahangir Hacıyevin Londondakı var-dövləti şübhələr oyatmağa başlayıb və beləcə eks-bankirin arvadı məhkəmələrə çəkilməyə başlayıb.

Yeni qanuna görə Zamirə Hacıyeva öz var-dövlətinin mənbəyini göstərə bilmədiyi üçün Böyük Britaniya höküməti onun bütün aktivlərini dondurub. İndi Hacıyeva əldə etdiyi pulların cinayət yolu ilə başa gəlmədiyini məhkəmədə sübut etməlidir.

Məhkəmənin hal-hazırda yaydığı sənədlərə görə Hacıyevanın üç fərqli bankdan aldığı kartlarından əlavə öz ərinin keçmişdə rəhbərlik etdiyi bankdan alınmış daha 35 kredit kartı olub. Təkcə bu kartlar haqda məlumatların əks olunduğu məhkəmə sənədləri 95 səhifəyə qədərdir.

London məhkəməsi həmçinin Hacıyev cütlüyünün İngiltərənin Berkşir vilayətinin Askot şəhərində 10,5 milyon funt-sterlinqə aldığı Naytbric iqamətgahını hansı pulla əldə etdiyini də araşdırır.

Xəbərdə həmçinin o da deyilir ki,  Hacıyeva London məhkəməsinin onun haqda başlatdığı cinayət işindən Ali Məhkəməyə apellyassiya şikayəti də verib.