ABŞ senatorları insan haqqlarını pozan Rusiya məmurlarına sanksiyalar tətbiq etməyə çağırırlar

Rusiya höküməti hələ də müxalifət liderlərini təqib etməyi davam etdirir – deyə ABŞ senatorları bəyan ediblər. Onlar Rusiya hökümətinə qarşı yeni “Maqnitski aktı” hazırlamağa çağırırlar.

Çağırışın müəllifi Florida ştatından senator seçilmiş respublikaçı Marko Rubio və onun Merilend ştatından demokrat həmkarı Ben Kardindir. Onlar ABŞ dövlət katibi Maykl Pompeyoya və Maliyyə naziri Stiven Minuçinə etdikləri müraciətlərində Rusiyada insan haqqlarını pozan məmurlara qarşı sanksiya tətbiq etməyi çağırıblar. Bu haqda Rubio və Kardinin oktyabrın 1-də imzaladıqları bəyanatlarında yazılıb. Bəyanatın altında daha doqquz senatorun imzası var.

Senatorlar müraciətlərində ABŞ-a “Rus hökümətinin dissidetləri və müxalifət liderlərini, həmçinin həbsdə olan bir çox vətəndaşı təqib etməyinə” qarşı tədbirlər görməyə  çağırırlar. Siyasətçilər bunun üçün yeni bir “Maqnitski aktı”nı işə salmağı istəyirlər.

“Maqnitski aktı” ABŞ tərəfindən ilk dəfə 2012-ci ildə insan hüquqlarını pozan şəxslərə qarşı tətbiq olunmuş qanundur. Bu qanun ABŞ-dan sonra bir çox başqa ölkədə də tətbiq olunub.