Apple, Google və Amazon dünyanın ən bahalı brendləri seçilib

Apple, Google, Amazon və Microsoft dünya ölkələrindəki monopoliya əleyhdarı tədbirlərə baxmayaraq ən bahalı texnologiya brendləridir. Belə ki, bu il Apple brendinin dəyəri 9 faiz artaraq 234 milyard dollara çatıb. Appledən sonra ən bahalı texnologiya brendi isə Googledir. Googlenin də dəyəri bu il 8 faiz artaraq 167,6 milyard dollara çatıb. Bu barədə “Interbrand” beynəlxalq marketinq araşdırmaları mərkəzi məlumat yayıb.

Əsasən, beynəlxalq alış-verişlə məşğul olan Amazon şirkəti isə bu il düz 24 faiz dəyərlənib. Marketoloqların fikrincə indi Amazonun dəyəri 124,3 milyard dollardır. Bunun nəticəsində həmçinin veb saytların qiymətləndirmə mexanizmi olan “Alexa”-nın da dəyəri yüksəlib.

“Interbrandın” məlumatına görə illərcə yüksək sürətlə bahalanan Microsoft şirkəti indi əvvəlki kimi dəyər qazanmır, belə ki, Microsoftun bu ilki dəyəri 109 milyard dollardır.

Microsoftdan əlavə sərinləşdirici içkilər istehsal edən Coca-Cola şirkəti də dəyərini itirməkdədir. İndiyə qədər mütəmadi olaraq reytinqlərdə ilk yerləri tutan şirkət, bu il öz dəyərinə görə beşinci böyük şirkət olub. Onun bazar dəyəri 64,3 milyard dollardır. Coca-Cola şirkəti bu il öz dəyərinin daha dörd faizini itirib. Siyahıda növbəti yerlərdə isə bu il öz dəyərini 12 faiz itirən və bazar dəyəri 40 milyarda düşən Facebook şirkəti dayanır. Vaxtilə öz dəyərinə görə illərcə ilk 3-4 yerdə dayanan Facebook bu reytinc cədvəlində il 9-cu yerdən 14-cü yerə düşüb.