Dilqəmlə Şahbaz erməni hərbçiləri ilə dəyişdirilə bilər: Lavrov vəd verdi

Şahbaz Quliyev və Diqəm Əsgərov (soldan sağa)

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın həbsdə saxladığı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı açıqlama verib.

Bu haqda, “Valday” diskussiya klubunun XVI sammitində çıxış edən Lavrov yaxın zamanlarda əsir və girovların dəyişdiriləcəyini deyib.

“Dağlıq Qarabağla bağlı məsələyə gəlincə, son vaxtlar təmas xəttində vəziyyət kifayət qədər sakitdir, insidentlər azdır və onlar da kifayət qədər kiçik insidentlərdir. Ölənlərin cəsədləri dəyişdirilib, hazırda hər iki tərəfdə saxlanılan vətəndaşların dəyişdirilməsinı hazırlıq görülür. ATƏT-in Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa sıx və dost şəraitdə çalışır. Hazırda vəziyyət 3 il əvvəlkindən sakitdir, sadəcə siyasi proses dayanıb”.

Xatirladaq ki, Dilqəm ƏsgərovŞahbaz Quliyev 2014-cü ildən  işğal altındakı Şuşa şəhərində girovluqda saxlanılır.