Donald Tramp: “Türkiyəyə böyük sanksiyalar gəlir”

ABŞ prezidenti Donald Tram Suriyadakı İŞİD-çilərin ABŞ-a problem yaratması üçün kürdlərin onları azad etdiyini yazıb. O həmçinin Türkiyənin Suriyadakı addımlarını dayandırmaq üçün Türkiyəyə sanksiyalar tətbiq edə biləcəklərini də bəyan edib. 

Tramp bu haqda Twitter-dəki hesabında yazıb. O Suriyanın şimalindakı Suriya Demokratik Qüvvələrinin (SDQ) idarə etdiyi bölgədə keçirdiyi hərbi əməliyyatları qınayıb.

Tramp son dəfə yazdığı statusunda, “Bir-biri ilə 200 ildir müharibə aparan insanların davasında iştirak etməyəcəyik. Avropanın İŞİD-çi məhbusları ələ keçirmək şansı var idi, amma maliyyəti üzərlərinə götürmək istmədilər. “ABŞ” ödəsin” dedilər”.

Tramp həmçinin, “Kürdlər bizi döyüşlərə daxil etmək üçün İŞİD-çilərin bəzilərini azad ediblər. Türkiyə və ya Avropa ölkələrin çoxu o İŞİD-çiləri asanlıqla həbs edə bilərlər, amma onlar təcili hərəkət etməlidirlərlər”.

Tramp bundan əvvəl də Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırdıqlarını da dilə gətirib: “Türkiyəyə böyük sanskiyalar gəlir. İnsanlar həqiqətən Nato üzvü olan Türkiyə ilə müharibəyə girəcəyimizi düşünür. Əsla bitməyən müharibəyə girməyəcəyik” – deyə Tramp yazıb.