Dünya Bankı Gürcüstanı korrupsiya ilə mübarizə üzrə ən yaxşı 20 Avropa ölkəsi siyahısına salıb

Dünya Bankı “Dünyada idarəetmə indikatoru” adlı növbəri hesabatını yayıb. Hesabata görə Gürcüstan korrupsiyanın nəzarətdə saxlanılması və idarəedilməsi sahəsində dünyanın 189 ölkəsi arasında 20 ən yaxşı ölkədən biridir.

Bu haqda Gürcüstan Maliyyə Nazirliyi “Georgia Onlayn” xəbər agentliyinə məlumat verib.

Məlumata görə, Dünya Bankı öz hesabatını hazırlayarkən ekspertlərin 33 fərqli, böyük miqyaslı araşdırmasına əsaslanıb.

Onların arasında Beynəlxaql İqtisadi Forumun hazırladığı “Qlobal rəqabətlilik hesabatı” araşdırması da var.

Araşdırmalar “Dünya idarəetmə indikatoru” metodologiyası ilə hazırlanıb. Araşdırmaya görə, Gürcüstan korrupsiyanın nəzarətdə saxlanılması üzrə Avropanın ən yaxşı 20 ölkəsi arasındadır.

Belə ki, korrupsiyanın nəzarətdə saxlanılması üzrə Gürcüstan 100 fazilik reytinq şkalasından 67 faizi toplayıb. O dünya üzrə 31-ci, Avropa üzrə isə 16-cı yerdədir.