Elinanın oxuduğu məktəbin direktoru haqda yeni iddia: Müəllimlərin maaşını mənimsəyirmiş [video]

Dünən, oktyabrın 16-da Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə intihar etmiş məktəbli Elina Hacıyevanın cinayət işi ilə bağlı məhkəmə iclası keçirilib.

Zərərçəkən tərəfin vəkilləri Sevinc ƏliyevaEmin İsayev məhkəmədən sonra jurnalistlər qarşısında çıxış edərkən məhkəmənin işini qiymətləndiriblər.

Vəkil Sevinc Əliyeva deyib ki, məhkəmədə dövlət ittihamçısı cəzanı təyin edərkən nə yüngülləşdirici nə də ağırlaşdırıcı halların olmadığını bildirib. Halbuki, həyatını itirən şəxsin köməksiz və təqsirkardan asılı vəziyyətdə olması özü ağırlaşdırıcı haldır.

Vəkil Sevinc Əliyeva həmçinin 162 saylı məktəbin direktoru haqda yeni faktları da açıqlayıb. O, deyib ki, direktor Sevinc Abbasova işə gəlməyən müəllimlərin ya da müəllim olmayan şəxslərin adlarına əməkhaqqları yazaraq mənimsəyib.

Vəkil bu faktla bağlı Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinə də müraciət olunduğunu, ancaq idarə tərəfindən heç bir cinayət işi açılmasa da direktor mənimsədiyi pulları geri qaytardığını da deyib.