Elman Rüstəmov: “Manatın nə möhkəmlənməsi, nə də ucuzlaşması xeyrimizə deyil”

“Bu gün nə manatın məzənnəsinin möhkəmlənməsi, nə də ucuzlaşması milli iqtisadiyyat üçün yararlı deyil, zərərli ola bilər”.

Bu haqda bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, manatın möhkəmlənməsi yaranmaqda olan ixrac potensialı və bu istiqamətdə qoyulmuş investisiyalar üçün zərərli ola bilər.

“Manatın ucuzlaşması da mümkün deyil. Çünki bazarda 1 milyard dollar profisit var. Böyük qayğı odur ki, ilin sonuna kimi bu vəsaitləri neçə reallaşdıraq ki, büdcə öz öhdəliklərini yerinə yetirə bilsin”.

E.Rüstəmov bildirib ki, cari ildə manatın məzənnəsinə təsir edəcək fundamental amil yoxdur.

“Növbəti ilə aşağı inflyasiya proqnozları onu göstərir ki, növbəti ilə nislibliklə baxırıq. Gələn il də məzənnəni idarə edə biləcəyik”.