Ermənilər Qazaxda ekskavatoru atəşə tutub, sürücü həlak olub

Çərşənbə günü saat 16:55-də Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təchizat yolları çəkməklə məşğul olan ekskavator Ermənistan SQ tərəfindən atəşə məruz qalıb.

Ekskavatorun sürücüsü – mülki şəxs Səfərəli Ələkbər oğlu Abışov yaralanıb.

Sürücüyə ilkin tibbi yardım göstərilməsinə, onun təxliyyə edilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Düşmənin atəş nöqtələri cavab atəşi ilə susdurulub, xəbəri Dövlət Sərhəd Xidməti yayıb.

Bir müddət əvvəl sözügedən qurum oktyabrın 1-də axşam saatlarında Azərbaycan sərhədçilərinin düşmənin diversiya qruplarının irəliləməsinin qarşısını aldığı haqqında məlumat yayıb.