FİFA faşist futbol fanatlarına ömürlük stadionlardan uzaqlaşdırmaq istəyir

Beynəlxalq futbol federasiyasi (FİFA) Bolqarıstan və İngiltərə yığmalarının oyunu zamanı rasist insidentlər törətmiş futbol azarkeşlərini araşdırır. FİFA Avropa futbol assosasiyasından (UEFA) bütün lazımi məlumatları alaraq futbol pərəstişkarları haqda tətbir görmək istəyir. FİFA-nın oktyabrın 15-də yaydığı bəyanatda deyilir ki: “Rasist futbol pərəstişkarları haqda məlumatları toplayaraq dünya boyu sanksiyaları genişləndirmək mümkündür”.

FİFA prezidenti Canni İnfantino futboldakı rasizmin qarşısını almaq üçün futbol assosasiyalarına daha güclü və effektiv metodlardan istifadə etməyə çağırıb. O, ilkin tədbir kimi bütün oyun təşkilatçılarına oyunlarda rasizmə yol verənləri müəyyənləşdirərək ömürlük stadionlara buraxmamağı təklif edib. İnfantino belə qadağanın bürün dünyada tətbiq edilə biləcəyini deyib.

Xatırladaq ki, ingilis və bolqar yığmaları arasında Sofiya şəhərində keçirilən oyunu ingilislərin xeyrinə 0:6 hesabıyla bitib. Oyundan sonra bolqarlar ingilislərin ünvanına rasist təhqrləri səsləndirib və ingilislər onlara cürbəcür predmetlər atıb. Bundan əlavə oyundan bolqar fanatları faşist salamı da veriblər.