Harlem Dezir Azərbaycanda mediaya olan basqıları pisləyib

Media, jurnalistlərin ictimaiyyətə açıq olan bütün olayları izləmək, ordan informasiya toplamaq haqqı var. Bu sözləri ATƏT-in Media üzrə nümayəndəsi Harlem Dezir bəyanatda bildirib.

“Onlar bu haqlarını heç bir qorxu, maneə olmadan həyata keçirə bilməlidilər. Oktyabrın 19-20-də Bakıda keçirilən aksiyalarda Meydan TV, Azadlıq Radiosu, Turan Agentliyi, Amerikanın Səsi, Objectiv TV, Azadliq qəzeti, Toplum TV-nin əməkdaşları fiziki və sözlü basqıya məruz qalıblar, onların qanuni peşə fəaliyyətlərini yerinə yetirməsinə əngəllər yaradılıb.

Bakıda ictimaiyyətə açıq aksiyalarda jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirməsinə əngəllərin yaradılmasını qınayıram və rəsmiləri bu olayları dərhal araşdırmağa, gərəkli addımlar atmağa çağırıram.”deyə bəyanatda deyilir.