Honq-Konq rəhbərliyi etirazçılara maska taxmağı qadağan edib

Hong-Konqun rəhbəri Kerri Lam bölgədə dörd aydır davam edən kütləvi mitinqlərə hökümətin yanaşmasını sərtləşdirməyi qərara alıb. Belə ki, Lam etirazçılara Vendetta maskalarını taxmağı qadağan edib.

Euronews-un məlumatına görə, Lam bu gün mətbuat konfransına çıxış edərkən etirazçılara maska taxmağı qadağan etdiyini açıqlayıb.

“İnsanlar məndən soruşur ki, görəsən Hong-Konq bir gün normal halına qayıdacaqmı. Biz zorakılığı dayandırmağa məcburuq” – deyə Hong-Konq rəhbərliyi bildirib.

Hong-Kongun İngiltərə İmperiyasının bir parçası olduğu illərdən qalma fövqəladə hallar qanununda tətbiq olunan maska taxma qadağasının zorakılığa əl atanları və üsyançıları hədəfə aldığını deyən Lam fövqəladə bir hal olmasa da, bölgədə ciddi təhlükələrin olduğunu bəyan edib.

Honq-Konqun rəhbəsi qadağaya qanuni dəstək almaq üçün onu Honq-Honqun parlamentində müzakirə edəcəklərini də bildirib.

Xatırladaq ki, Honq-Konqda Çin hegemonluğuna qarşı başlayan etirazlar artıq altı aya yaxındır dayanmır.