“Human Rights Watch” Azərbaycanla bağlı bəyanat verdi: “Beynəlxalq öhdəliklərinizi yerinə yetirin”

“Human Rights Watch” insan hüquqları təşkilatları Bakının mərkəzində 19-20 oktyabrda keçirilmiş dinc nümayişlərin dağıdılması ilə bağlı geniş hesabat dərc edib.

Təşkilatın bəyanatında deyilir ki, Bakıda siyasi fəalların keçirdiyi nümayişdə polisin onları döyə-döyə avtobusa minməyə məcbur etdiyi aydın görünür. Həmin fəalların arasında Xalq Cəbhəsi Partiyasının sədri da var. O hüquq-mühafizə orqanlarının əməkdaşlarının əlində keçdiyi bir neçə saat ərzində çoxsaylı fiziki zədələr alıb. Həmçinin bir çox siyasi fəal da polis bölmələrində döyüldüklərini deyib.

“Human Rights Watch” təşkilatının sədrinin Avropa və Mərkəzi Asiyada insan haqları üzrə müavini Georgi Qoqiya deyib ki, “Azərbaycan höküməti növbəti dəfə vətəndaşların dinc etiraz aksiyasını dağıdıb. Hökümət dərhal məhkəmə altında olan bütün fəalları həbsdən azad etməli və onların hüquq-mühafizə orqanları tərəfindən üzləşdikləri amansız münasibətlə bağlı bütün müraciətlərini araşdırmalıdır”.

İnsan hüquqları təşkilatının bəyanatında daha sonra deyilir ki. Bakıda oktyabrın 19-da keçirilən nümayişdə insanlar  bütün siyasi məhbusları azad etməyi və azad və ədalətli seçkilər keçirməyi tələb ediblər. Etirazçılar həmçinin işsizlik və iqtisadi problemlərin də həll edilməsini istəyiblər. Bundan əlavə 19 oktyabr mitinqindən bir gün sonra onlarca qadın da ailədaxili zorakılıq zamanı qadınların öldürülməsinə etiraz ediblər. Hakimiyyət hər iki mitinqin keçirilməsinə icazə verməyib.

Bəyanatda həmçinin deyilir ki, oktyabrın 19-da Bakı metropoliteni də şəhərin mərkəzinə gedən üç stansiyasını bağlayıb. KİV və siyasi fəallar həmçinin şəhər mərkəzində mobil internetin kəsildiyini də xəbər verir.

Bütün maneələrə baxmayaraq nümayiş təyin olunan əraziyə çoxlu vətəndaşlar toplaşıb. Polisin nümayişi dağıtmaq üçün göstərdiyi canfəaşanlıq sosail şəbəkələrdə yayılmış çoxsaylı video və şəkillərdə açıq görünür.

Polisin məlumatına görə onlar 220 nəfər etirazçını saxlayıblar. Onlardan 60 nəfər hüquqi məsuliyyətə cəlb olunub. 42 nəfərə xəbərdarlıq edilib, 18 nəfərə isə cinayət işi qaldırılaraq məhkəməyə göndərilib.

Polis həmçinin müxalif partiyalardan olan ən azı 10 nəfəri mitinq öncəsi həbs edib. Onlar arasında jurnalist Seymur Həzi də var. O oktyabrın 17-də 15 günlük həbsə göndərilib.

“Human Rights Watch” həmçinin Azərbaycan hökümətinin dinc etiraz aksiyalarına icazə verməsindən də yazıb. Bəyanatda qeyd olunur ki, Azərbaycan konstitusiyasında insanların kütlə halında toplaşıb etiraz etməsi zamanı heç bir icazənin alınmasını nəzərdə tutmasa da, hakimiyyət etiraz aksiyası keçirmək istəyənlərdən rəsmi icazə almağı tələb edir.

Etiraz etmək istəyənlər isə şəhərin mərkəzində yer istəyəndə hakimiyyət onlara şəhər mərkəzində deyil şəhərdən təqribən 20 kilometr arada Lökbatan qəsəbəsində yer göstəriblər və buraya ictimai nəqliyyatla gedib çatmaq çətindir. Məsəlçün, hakimiyyət orqanları qadın hüquqları müdafiəçisi olan mitinqçilərə şəhər mərkəzində mitinqlərə icazə verməməyə arqument kimi mərkəzdə çoxlu mağazalar və restoranlar olduğunu səbəb gətiriblər.

“Human Rights Watch”ın bəyanatına görə Azərbaycan höküməti Bakının mərkəzlərində etirazlara icazə verməməklə beynəlxalq öhdəlik kimi üzərinə götürdüyü toplaşmaq və ifadə azadlıqlarına imkan vermir. Avropa insan haqları məhkəməsinin də qərarında deyildiyi kimi “toplaşmaq və ifadə azadlıqlarına qarşı kəskin xarakterli təzyiqlər demokratiyaya zərər vuraraq onu təhlükə altında qoyur”.

Azərbaycan insan haqları ilə bağlı bir çox müqavilələrin həmçinin Avropa insan haqqları konvensiyasının üzvüdür, buna görə o sərbəst toplaşmaq azadlığını təmin etməyə borcludur və belə mitinqlərdə hökümət orqanlarının qanunsuz davranışlarına yol verilməməlidir.