Hüquq müdafiəçisi Oktay Güləliyevi avtomobil vurub [video]

Avtomobilin Oktay Gülalıyevi vurduğu an

Taksi sürücüsünün hüquq müdafiəçisi Oktay Gülalıyevi vurduğu an digər bir maşının kamerasına düşüb.

Publicerat av Abzas.net Tisdag 29 oktober 2019

Oktyabrın 29-da hüquq müdafiəçisi Oktay Gülalıyevi piyada keçidində avtomobil vurub. 

Abzas xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində, “28 May” metrostansiyasının yaxınlığında baş verib.

Videodan Hundai markalı ağ rəngli taksi fəaliyyəti həyata keçirdiyi görünən minik avtomobili 1972-ci il təvəllüdlü Oktay Güləliyevi vurub.

Həkimlər bildirib ki, hüquq müdafiəçisinin vəziyyəti stabil-ağırdır. Onların sözlərinə görə, Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha sonra o, özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.