İlham Əliyev baş nazirin iki müavinini istefaya göndərib, amma öz istəkləri ilə [Fotolar]

Hacıbala Abutalıbov və Əli Həsənov (sağda)

Oktyabrın 21-də prezident İlham Əliyev baş nazirin iki müavinin istefa ərizələrini qəbul edib. 

Bu barədə prezidentin mətbuat xidməti açıqlama yayıb. Məlumata görə, İlham Əliyev müavinlərin öz istəkləri ilə istefa ərizələri təqdim ediblər.

Mətbuata açıqlamadan görünür ki, prezident baş nazirin müavinlərini tək-tək qəbul edib.

Prezidentin saytında yerləşdirilən məlumatların ardıcıllığından görünür ki, ölkə başçısı birinci Əli Həsənovu vəzifədən azad edilməsi ilə əlaqədar qəbul edib.

Əli Həsənovdan sonra isə prezident baş nazirinin digər müavini Hacıbala Abutalıbovu qəbul edib və istefaya göndərib.

Baş nazirin hər iki müavininin hansı səbəbdən istefa vermək istədikləri açıqlanmır.

Əli Həsənov 1998-ci il noyabrın 18-dən, Hacıbala Abutalıbov isə 2018-ci ilin aprelin 21-dən baş nazirin müavini postunda idilər.

Əli Həsənov və İlham Əliyev (sağda)
Hacıbala Abutalıbov prezidentin qəbulunda