İspaniyada diktator Frankonun məzarı 44 il sonra fəxri xiyabandan çıxarılıb

İspan diktatoru Fransisko Frankonun məzarı fəxri xiyabandan çıxarılaraq başqa yerə aparılır.

İspaniya diktatoru Françisko Frankonun Madrid yaxınlığındakı “Şəhidlər Vadisi” adlanan fəxri xiyabandakı məzarı ölümündən 44 il sonra çıxarılaraq ailə qəbirsanlığına aparılıb.

Frankonun izlərinin ispan tarixindən silinməsi üçün ölkə parlamentindən 16 aydır mübarizə aparan sosiyalist fraksiya axır ki, diktatorun məzarının fəxri xiyabandan çıxarılmasına nail olub.

Diktator üçün tikilmiş ehramın içində, təqribən 1,5 ton ağırlığında mərmərin altında dəft olunan  Frankonun qalıqlarının olduğu yerdən çıxarılaraq daşınması təqribən 4 saat vaxt aparıb.

Diktatorun ailəsiisə məzardan çıxarılan tabutun üzərinə İspaniya bayrağı ilə bəzədilmiş dəfnə yarpaqlarından əklil qoyub.

Diktator Frankonun məzarının yerləşdiyi Şəhidlər Vadisi bundan sonra diktatura qurbanlarının anım yeri olacaq.

Frankonun qəbrinin daşınmasını 500 yerli və xarici jurnalist izləyib. İspaniya dövləti diktatorun qalıqlarının çıxarılaraq daşınmasına 63 min avro xərcləyib.

Digər tərəfdən Frankonun qəbrinin fəxri xiyabandan 44 il sonra çıxarılması haqda danışan İspaniyanın baş naziri Pedro Sançez deyib ki, “Əxlaqi baxımdan utanc duyduğumuz bir vəziyyət bu gün sona çatdı”.

İctimai yerdə bir diktatorun məzarının olmasının İspaniya kimi demokratik ölkəyə utanc gətirdiyini qeyd edən Sançez “Şəhidlər vadisi” adlandırılan fəxri xiyabanda bundan sonra ancaq diktaturanın qurbanlarının anılacağını qeyd edib.

Sançez əlavə edib ki: “Dünyada demokratiya təkcə bizim deyil, dünyanın da gözündə prestij qazanmağa davam edir”.