Kimya üzrə Nobel mükafatı laureyatı xərçəngin əsl səbəbindən danışıb

Kimya üzrə Nobel mükafatı laureyatı Tomas Lindahl

2015-ci ildə kimya üzrə Nobel mükafatı lauriyatı Tomas Lindal bu günlərdə Rusiyada, Moskva Dövlət Universitetində keçirilən “Bütöv Rusiya Elm Festivalı”nda iştirak edib. O Festivaldakı çıxışında əsas tədqiqat sahəsi olan xərçəng xəstəliyindən danışıb. 

O xərçəng xəstəliyinin radiasiya və günəşin ultrabənövşəyi şüaları, kansorogen qidalar ucbatından hüceyrələrdə mutasiyalar baş verməsindən doğduğu haqda deyilən fikirləri rədd edir. Alim deyir ki, xərçəng xəstəliyi orqanizlərin təbii həyat fəaliyyəti ucbatından yaranır. Belə ki, hidroliz, yəni suyun ayrılması zamanı oksigenin aqressiv formalara keçməsi ucbatında baş verir.

Lindal qeyd edir ki, oksigen və su insan orqanizmində xüsusi rol oynayır və onları orqanizmdən tamamilə çıxarmaq mümkün deyil. Onun fikrinə görə xərçəngi tamam müalicə etmək mümkün deyil, ancaq şişləri effektiv və təhlükəsiz şəkildə yox etmək üçün dərmanlar hazırlamaq mümkündür. Hətta bu dərmanların köməyilə maksimum risk faktorlarını aradan qaldırmaq olaq.

“Bu sistem təbiət tərəfindən milyardlarla illər ərzində inkişaf etdirilib” – deyə alim bildirib.

Nobel mükafatı lauriyatı həmçinin siqaret çəkənlərdən nikotindən imtina etməyə, ya da onun istifadəsini minimuma endirməyə çağırıb. Alimin sözlərinə görə siqaret də hüceyrələrə aqressiv formalı oksigen atomlarının təsir etdiyi kimi təsir edir.