Məşhur rok müğənnisi Kurt Kobainin evi satışa çıxarılıb

Kurt Kobain

Dünya şöhrətli Nirvana rock qrupunun solisti Kurt Kobeyn və onun arvadı Kortni Lav-ın Sietldəki evləri satışa çıxıb.

Məlumata görə, əmlakın ilkin qiyməti 7,5 milyon dollardır. Evin satılması ilə bağlı elanda deyilir ki, evin ümumi sahəsi 8000 kv.m.

Ev 1902-ci ildə tikilib və bu yaxınlarda yenidən restavrasiya olunub. Ev Vaşinqton gölünün yaxınlığındadır.

Kurt Kobeyn bu evi 1994-ci ildə, ölümündən az öncə alıb.

1997-ci ildə Kobeynin arvadı Lav evi 2,9 milyon dollara satışa qoyub. Bundan sonra evin taleyi haqda heç bir məlumat verilməyib.