Milli Şura 2 noyabr mitinqini təxirə saldı

Milli Şuranın mitinqi

Demokratik Qüvvələrin Milli Şurası 2 noyabra təyin etdiyi mitinqi təxirə saldıqlarını açıqlayıb. 

Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli açıqlama yayıb. Onun sözlərinə görə, indiki anda doğru saydığı bu qərara görə Milli Şuranın rəhbərliyinə təşəkkür edir.

Bundan əvvəl Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının (MŞ) sədri Cəmil Həsənli MŞ-nın noyabrın 2-nə təyin etdiyi aksiyanın təxirə salınmasını təklif edib.

Bakı Şəhər İcra Hakimiyyəti(BŞİH) Milli Şuranın aksiya ilə bağlı müraciətinə baxıb və aksiyanın noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə deyib ki, yenə də Konstitusiya pozulur:

“Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin yerini müəyyənləşdirmək səlahiyyəti yoxdur. Milli Şura olaraq əvvəlcədən bəyan etmişdik ki, ya kompromis olaraq “Məhsul” stadionunda mitinqə razılıq verərlər, ya da mitinqi xəbərdar etdiyimiz kimi, şəhərin mərkəzində – “28 May” metrosu ətrafında keçirəcəyik. Beləliklə, Milli Şuranın mitinqi 2 noyabr saat 15:00-da şəhərin mərkəzində – “28 May” metrosunun ətrafında keçiriləcək”.