Nasist cinayətkarlarının edamından 73 il keçir: Onlar necə edam edilmişdi

Nasist Almaniyasının vitse-kansleri Herman Qerinq və Osvensim həbs düşərgəsinin rəhbəri Rudolf Hess.

1946-cı ilin 30 sentyabrı ilə 1 okyabrı arası Nürnberq məhkəmə prossesi çərçivəsində əsas nasist cinayətkarlarına hökm oxunub. Cinayətdə ittiham olunanlardan 20 nəfərimə (təkcə Bormana qiyabi olaraq hökm oxunmuşdu) ölüm cəzası verilmişdi. Ölüm cəzaları 1946-cı il 16 oktyabr günü icra olunmuşdu. Edama 3 saat qalmış əsas nasis canilərdən sayılan Herman Qerinq sianid turşusu içərək intihar etmişdi. Həbsxanaya sianid zəhərinin kapsulasını kimin gətirdiyi isə hələlik məlum deyil. Ölüm hökmü elan edilmiş qalan 18 məhkum isə Nürnberq həbsxanasının idman zalında edam edilib. Məhbuslar arasında ilk edam edilən isə “üçüncü reyxin” xarici işlər naziri Yoaxim fon Ribbentrop olub.

Oktyabr 16-sı gecə saat bir radələrində Ribbentropun kamerasının qapısı açılır. Həbsxananın rəisi, amerikalı polkovnik Endryus ona daha bir dəfə hökmü oxuyur. Əsgərlər onun qollarını qara kəndirlə arxadan bağlayırlar. Ribbentrop iki əsgərin müşayəti ilə 13 pilləni qalxaraq edam yerinə gəlir. Onu altdan bağlanılmış dairəvi yarığın üstünə gətirirlər. Edamdan öncə ondan nəsə demək istəyib istəməməsini soruşurlar. Ribbentrop ruhunun və bütün dünyanın xilası ilə bağlı qısa bir nitq söylədikdən sonra baş çavuş Con Vuds onun başına qara örtük geyindirərək boynuna ipi keçirib. Cəllad mexanizmi işə salaraq Ribbentropun ayağının altındakı lyukun örtüyünü çəkib.

Ribbentropun edamdan əvvəl çəkilmiş şəkli və həbsxana kartı.

 

Nasistlərin ölümü əzablı olub

Amerika ordusunun rəsmi cəllad vəzifəsində olan zabiti, texaslı Con Vuds ikinci dünya müharibəsindən sonra nə az, nə çox üç min ölüm cəzasını icra edib. Buna baxmayaraq o işinin öhdəsindən elə də yaxşı gəlmirmiş. Belə ki, boynuna ip salınan məhbusları lyukdan aşağı buraxarkən bəziləri lyukun dar divarlarına dəyib yaralanır və əzab çəkirlərmiş. Məsəlçün, edamdan sonra çəkilən fotolardan birində görünür ki, vermaxtın keçmiş komandanlarından olan general-feldmarşal Wilhelm Keitel-in boynu və başı qanlar içində olub.

Amerika ordusunun cəlladı, baş çavuş Con Vuds.

Bundan əlavə hazırlanmış lyukun dərinliyi və ipin uzunluğu düzgün hesablanmadığı üçün edam edilənlərin çoxu dərhal deyil, yavaş-yavaş əzab çəkərək ölüb. Belə ki, onlar boyun fəqərələrinin sınmasından yox nəfəs çatmadığı üçün ölüblər. Məsəlçün Ribbentrop 15 dəqiqə əzab çəkdikdən sonra ölüb. Edamlarda toplaşan 40-a yaxın insan, o cümlədən 8 nəfər jurnalist edam olunanların bu ölümqabağı əzabını görməyib, çünki edam edilənlər lyuka salınandan sonra önləri ağacdan olan divar və qara brezentlə örtülüb.

Bəzi məhbusların edamı uzun sürdüyü üçün və məhkəmə 16 oktyabr gecəsi bütün nasist liderlərin edamını tələb etdiyi üçün cəllad və onun köməkçisi tələsirmiş. Belə ki, bir edam ipində can verəni ipdən çıxartmadan edam səhnəsinə ayrı adamı gətiriblər. Bütün edamlardan sonra ipə, özünü zəhərləmiş Qerinqin cansız bədənini gətiriblər. Bu bir növ simvolik akt olub.

 

Nasistlərin cəsədləri yandırılaraq külləri küləyə verilib

Məhkəmənin əmri ilə nasist liderlərin cəsədlərini yandırarkən belə onların kim olduğu belə gizlədilib. Cəsədləri yandıran krematoriya işçilərinə yalandan deyilib ki, cəsədlər döyüşlərdə həlak olmuş amerikalı əsgərlərə aiddir. Yandırılan hər bir cəsəd sobaya salınmazdan əvvəl tabutunu qaldırıb cəsədin dəyişdirilməməsinə diqqət edilib. Bir neçə saat davam edən kremasiyadan sonra bütün yandırılanların külləri toplanaraq qutulara yığılıb və hadisədən iki gün sonra Münhendəki İzar çayının üzərindəki körpüdən küləyə buraxılıb. Bu əməliyyat da gizli aparılıb.

Deborah Lipstadt “History on trial” kitabından.