N!DA-da qurultay keçirilib, hərəkatın yeni rəhbərliyi seçilib

Oktyabrın 13-də “N!DA” Vətəndaş Hərəkatının növbəti qurultayı keçirilib. Qurultayda hərəkatın seçkili orqanları formalaşdırılıb. 

Abzas xəbər verir ki, hərəkatdan verilən məlumata görə, İdarə Heyətinə Elgiz Qəhrəman, İlkin Rüstəmzadə, Turqut Qəmbər, Ülvi Həsənli və Bayram Məmmədov seçiliblər.

“N!DA” – özünün bəyan etdiyinə görə – Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik-hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin keçirilməsi ideyası ətrafında yaradılmış hərəkatdır.

Hərəkata rəhbərliyi İdarə Heyəti həyata keçirir. 5 nəfərdən ibarət olan İdarə Heyətinin fəaliyyət müddəti bir ildir.