Paşinyan: “Ermənistan son bir ildə mətbuat azadlığı indeksində 19 pillə irəliləyib”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki jurnalistləri Erməni mətbuatı günü münasibətiylə təbrik edib. O bu münasibətlə ölkə jurnalsitlərinə məktub ünvanlayıb.

O dünən yazdığı təbrikdə qeyd edib ki, mətbuat azadlığı demokratiya üçün vacib təsisatlardan biridir. Bu konteksdə hökümət mətbuatın azadlığı üçün ardıcıl şəkildə çalışacaq və demokratiya yolunda addımlamağa davam edəcək.

Öz məktubunda Paşinyan “Sərhədsiz reportyorlar” təşkilatının “2019-cu il üçün mətbuat azadlığı indeksi” hesabatından misal gətirib. Hesabatda Ermənistanın son bir ildə mətbuat azadlığı indeksinə görə 19 pillə irəliləyərək dünyada 61-ci yerdə dayandığını qeyd edilir.

Xatırladaq ki, Ermənistanda mətbuat işçilərinin günü 1794-cü ilin 16 oktyabrından başlayaraq Hindistanın Mədrəs şəhərində çap olunmuş “Azdarar” (Xəbərçi) dərgisinin yaranma günündə qeyd olunur.