“Qarabağ” oyunundakı insidentin məsuliyyətini bir qrup azarkeş öz üzərinə götürüb

Erməni futbol fanatlarının cəmiyyəti olan “Birinci erməni cəbhəsi” “Qarabağ” klubunun Lüksemburqda oyunu zamanı stadiona dronla tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın bayrağını endirmə aksiyasının məsuliyyətini öz üzərlərinə götürüblər.

Bu haqda “Kavkazski-uzel” saytı xəbər yayıb. Oktyabrın 3-də Avropa Liqası oyunları çərçivəsində Azərbaycan klubu “Qarabağ”la Lüksemburq klubu “Düdelanj”la oyunda tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın bayrağı dronla stadiona daxil olub.

Dron stadionun üzərində təqribən 20 dəqiqə uçub. Ancaq insident “Qarabağ” klubunun 4:1 hesabı ilə qalib gəlməsinə mane olmayıb.

İnsidentdən sonra Azərbaycan XİN və Futbol Federasiyası təqsirkarları cəzalandırmaqla bağlı Beynəlxalq Futbol Federasiyasından tələblər edib.

“Qarabağ”ın oyununda dronla qondarma respublikanın bayrağını uçurtmanın məsuliyyətini “Birinci erməni cəbhəsi” adlı erməni futbol fanatı qrupu üzərinə götürüb.

Bu haqda qrupun facebookdakı səhifəsi olan “First Armenian Front /FAF ultras/” bəyanat verib.

Bəyanatda deyilir ki, “Aksiyanı bizim Belçikadakı yoldaşlarımız təşkil edib”. Erməni futbol pərəstişkarlarının paylaşımına əlində tanınmamış “Dağlıq Qarabağ Respublikasının” bayrağını və dronu tutan dörd nəfərlik qrupun da fotosu əlavə olunub.

Azərbaycan XİN-nin rəsmisi Leyla Abudllayeva hadisədən dərhal sonra Twitterdəki mikrobloqunda yazıb ki, Azərbaycanın Lüksemburqdakı səfiri bu ölkənin XİN-i ilə əlaqə yaradıb və onlardan insident iştirakçılarının tapılıb cəzalandırılmasını tələb edib.

Öz növbəsində “Azərbaycan Futbol Federasiyaları Assosasiyası” da məsələ ilə bağlı UEFA-ya şikayət edib.

Xatırladaq ki, Lüksemburq komand.ası “Düdelanj” və Lüksemburq İdman Nazirliyi insidentdə görə “Qarabağ” klubundan şikayət edib.