Qırğızıstanın Konstitusiya məhkəməsi Atambayevin toxunulmazlığını geriyə qaytarmağı müzakirə edir

Qırğızıstanın Konstitusiya məhkəməsi oktyabrın 23-ü keçmiş prezident Almazbek Atambayevin tərəfdarlarının müraciəti ilə onun qeyri-qanuni olaraq toxunulmazlığının ləğv edilməsindən şikayətə baxıb.

Konstitusiya məhkəməsinin müzakirəsi zamanı Atambayevin vəkili Nurbek Toktakunov Konstitusiya məhkəməsinin üzvü olan Karıbek Duyşeyevi vəzifəsindən uzaqlaşdırmağa çağırıb. Çünki o indiki prezidentin qardaşı Asılbek Jeenbekovun məsləhətçisi olaraq çalışıb.

Konstitusiya Məhkəməsi məsləhətləşmədən sonra vəkil Toktakunovun iddiasını təmin etməyib. Məhkəmə həmçinin Atambayevin toxunulmazlığının özünə qaytarılması məsələsinin müzakirəsini növbəti iclasa saxlayıb.

Vəkil deyir ki, keçmiş prezident Atambayevin bir siyasi bəyanatlar verməsi, höküməti tənqid etməsi indiki höküməti qəzəbləndirdiyi üçün ona qarşı saxta ittihamlarla cinayət işi qaldırmasına səbəb olub.

Atambayev avqust ayının 8-də Bişkekdən 20 kilometr aralıdakı Koy-Taş kəndində qırğız xüsusi təyinatlıları tərəfindən həbs olunub. Onun həbsi Atambeyevin tərfdarları ilə xüsusi təyinatlıların toqquşması ilə müşayət olunub. Nəticədə hər iki tərəfdən 170 nəfər yaralanıb. Bir xüsusi təyinatlı öldürülüb.

Atambayev dövlət mülkiyyətini mənimsəməkdə ittiham olunaraq həbs edilib. Parlamentdə çoxluq tərəfindən keçmiş prezidentin toxunulmazlığı ləğv edilib